TOP 10

Zaur Axundov "Araz"ın legionerlərinə viza verilməməsinin səbəbini açıqlayıb: "Məsələ ilə bağlı UEFA-ya şikayət edəcəyik"

Futzal
Tarix: 2019-10-09 12:07

Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov “Araz” klubunun 4 futzalçısının Belçikaya yollana bilməməsinin səbəblərini açıqlayıb. Sport24.az xəbər verir ki, qurum rəhbəri açıqlamasında çətin vəziyyətdə qaldıqlarını bildirib.

 

Axundov Fransa səfirliyinə futzalçıların vizası üçün vaxtında müraciət edildiyini deyib: “Onları Belçikaya sənədlərin gecikməsini səbəb göstərib buraxmadılar. Əslində isə biz sentyabrın 23-də bütün sənədləri təhvil vermişdik. Lakin vaxtında bizə xəbər vermədilər. Fransa səfirliyi viza vermədi. Əgər vaxtında xəbər etsəydilər, alternativ yollar axtarardıq. İndi bura cəmi 7 futzalçı ilə gəlmişik. Necə olacağını da bilmirik”.

 

Federasiya prezidenti viza verilməyən 4 komanda üzvünün iranlı olmasına görə bu problemlə üzləşmək ehtimalının olmadığının sözlərinə əlavə edib: “Düşünmürəm ki, sırf iranlı olduqlarına görə belə problemlə üz-üzə qalıblar. Dünyada keçirilən yarışlarda saysız-hesabsız iran idmançıları çıxış edir. Onlar necə viza alıb gedirlər?”.

 

Axundov deyib ki, məsələ ilə bağlı UEFA-ya şikayət ediləcək: “Biz Belçikada yarışa qatılacağımızla bağlı UEFA-dan məktub da alıb səfirliyə təqdim etmişdik. Lakin o da kömək olmadı. Yəqin ki, qitə futbol qurumuna bununla bağlı şikayətlərimiz olacaq. AFFA-da öz narazılığını rəsmi şəkildə onlara çatdıracaq”.

 

Qeyd edək ki, “Araz” futzal üzrə UEFA Çempionlar Liqasında çıxış etmək üçün Belçikaya yollanıb (qafqazinfo.az). 

 
20 Oktyabr 2019
19 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB