TOP 10

"Zirə"nin ilk baş məşqçisi əsas komandanı çalışdırmaq istəyir: "Təklif olsaydı..."

Futbol
Tarix: 2019-10-09 13:00

"Mənimlə "Zirə"dən əlaqə saxlayan, baş məşqçi vəzifəsi ilə bağlı danışan olmayıb. Ancaq belə bir variant olsaydı, oturub fikirləşmək olardı. Çünki indiki vəziyyətdə "Zirə" yığılmış, yaxşı futbolçulardan ibarət komandadı". Bu fikirləri Sport24.az-a açıqlamasında "Zirə"nin sabiq baş məşqçisi Adil Şükürov bildirib.

 

"Qartallar"ın 2015-ci ildən çıxış etdiyi Premyer Liqamızda ilk baş məşqçisi olan 42 yaşlı mütəxəssis debüt mövsümündə gümüş medal və Avropa Liqasına vəsiqə qazanıb. Sadəcə, "Zirə"nin həmin vaxt 3 illik tarixi olmadığından, UEFA-nın qaydalarına görə, avrokuboklara buraxılmayıb. 

 

İndisə "Zirə" yeni baş məşqçi axtarışındadı. Bu da son 1 ildə çalışdırıcısı olan Samir Abasovla müqaviləyə qarşılıqlı razılıqla xitam verilməsiylə bağlıdı. Şükürovun sözlərinə görə, keçmiş komandasından təklif olsa, bunu dəyərləndirməsi mümkündü: "Şüvəlan" fəaliyyətini dayandırandan sonra mənə təklif etdilər ki, "Zirə"nin Futbol Akademiyasına qayıdım. Ancaq dedim ki, akamediyada işləmək istəmirəm. Çünki işləmək olacaqsa, fikrim A komandanı çalışdırmaqdı. "Zirə"dən ayrılmağımın əsas səbəbi bu, oldu. İndisə keçmiş klubumdan konkret bir təklif yoxdur ki, deyim, məni yenidən baş məşqçi postuna dəvət ediblər. Bu müddətdə başqa klublardan təklif olmayıb. Olubsa, əsasən I Divizion təmsilçilərindən olub. Bunların da hamısını ciddiyə almadım. Çünki "Şüvəlan"da işləyəndən sonra yenidən I Divizionda çalışmaq istəmədim".

 

Xatırladaq ki, Şükürov 2016/17 mövsümünün qış fasiləsində "Zirə"nin baş məşqçi postundan gedəndən sonra bu klubun Futbol Akademiyasına rəhbərlik edib.

 

 

MEHMAN SÜLEYMANOV  

CBCsport
14 Dekabr 2019
13 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB