TOP 10

Kamran Ağayevdən son xəbər - qışda qayıdır

Futbol
Tarix: 2019-10-09 11:50

Ötən mövsüm başa çatdıqdan sonra “Keşlə”dən ayrılan Kamran Ağayev hələ də klubsuzdu. Sport24.az əldə etdiyi məlumata görə, 33 yaşlı əlcək sahibi hazırda fərdi məşqlər edir.

 

Ötən mövsümün ikinci yarısında “Neftçi”ylə matçda qolu sınan Ağayevin 3 aylıq sıradan çıxdığı bildirilsə də, 10 il əsas millimizin şərəfini qorumuş qolkiperin yayda əli yenidən gipsə salınıb. Buna səbəb ağrıların artması olub.

 

Kamrana yaxın mənbədən əldə etdiyimiz bu məlumatlar sırasında daha bir məqam diqqət çəkir. Uzun müddət məşq edə bilməyən qapıçının artıq çəkisi yaranıb. Yenicə fərdi məşqlərə başlayan 33 yaşlı futbolçu qış fasiləsinədək formasını bərpa etmək, bundan sonra isə yenidən ölkə klublarından birinin rənglərinə qatılmaq arzusundadır.

 

Qeyd edək ki, peşəkar karyerasına 2003/04 mövsümündə “Şəfa”da başlayan Kamran Ağayevin son klubu “Keşlə” olub. O, 73 oyunda əsas millimizin şərəfini qoruyub.

CBCsport
14 Dekabr 2019
13 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB