TOP 10

"Zirə"nin legioneri Premyer Liqamızın səviyyəsinə təəccüblənib: "Azərbaycan dili çox mürəkkəbdi, heç vaxt öyrənməyəcəm"

Futbol
Tarix: 2019-10-09 10:09

"Azərbaycanda yüksək səviyyəli bir çempionatla tanış oldum və təəccübləndim. Çox yaxşı avropalı oyunçular var. Bu ölkənin komandaları Çempionlar Liqası və Avropa Liqasında çıxış edir". Sport24.az xəbər verir ki,  bu fikirləri "Zirə"nin perulu futbolçusu Alvaro Ampuero açıqlamasında bildirib. 

 

27 yaşlı sol cinah müdafiəçisi həmyerlilərinə Azərbaycan Premyer Liqasının yüksək səviyyədə olduğunu deyib: "Mövsüm öncəsi Türkiyə klubları ilə oynayırıq. Bura tramplin rolunu oynaya bilər. Növbəti mövsüm Avropa Liqasına vəsiqə qazanmaq şansımız var. Çempionatın ən güclü komandası "Qarabağ"dı, digər komandalar eyni səviyyədədir".

 

Perulu futbolçu ölkəmizə öyrəşdiyini söyləsə də, dil məsələsinin çox mürəkkəb olduğunu da etiraf edib: "Düşünürəm ki, heç vaxt öyrənməyəcəyəm. Xoşbəxtlikdən klubda bizə çox kömək edən tərcüməçimiz var. Azərbaycan dilində bəzi sözləri bilirəm - ən çox yayılanları, alış-verişə gedəndə sizi xilas edə biləcək şeyləri. Rus dilinə bənzəyir, çox çətindir. İngilis dilində bildiklərimlə gündəlik öhdəsindən gəlməyə çalışıram. Bundan əlavə yemək də fərqlidir. Buna baxmayaraq, dostumla hazırlaya biləcəyim bəzi şeylər var. Ünsiyyət barədə isə heç bir problemimiz yoxdur".

 

Xatırladaq ki, "Zirə" Ampueronu yayda Perunun "Universidad San Martin" klubundan 1 illik icarəyə götürüb.

06 Dekabr 2019
05 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB