TOP 10

Paytaxt klubunun baş məşqçisinə 2 oyunluq cəza

Dünya Futbolu
Tarix: 2019-10-09 10:44

İtaliyanın “Roma” klubunun baş məşqçisi Paolo Fonseka İtaliya Futbol Federasiyası tərəfindən cəzalanıb. Sport24.az İtaliya mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis 2 oyunluq diskvalifikasiyaya məruz qalıb.

Cəzaya Fonsekanın A Seriyasının 7-ci turu çərçivəsində keçirilən “Kalyari” ilə oyundan sonra qarşılaşmanın baş hakimini təhqir etməsi səbəb olub.


Xatırladaq ki, “Roma” - “Kalyari” matçı 1:1 hesabıyla başa çatıb. Sözügedən oyunda referi romalıların hücumçusu Nikola Kaliniçin son dəqiqələrdə vurduğu qolu öncə qeydə alsa da, bir qədər sonra onu ləğv etmişdi. Bunu böyük qəzəblə qarşılayan Fonseka isə hakimlərə çox sərt şəkildə etirazını bildirmişdi.

20 Oktyabr 2019
19 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB