TOP 10

Zlatan İbrahimoviçə heykəl qoyuldu - FOTO

Dünya Futbolu
Tarix: 2019-10-09 09:47

İsveçli ulduz futbolçu Zlatan İbrahimoviçə heykəl qoyulub. Sport24.az xəbər verir ki, 38 yaşlı hücumçunun abidəsi anadan olduğu Malmö şəhərində ucaldılıb.


Malmö stadionunda təşkil olunan açılış mərasiminə xeyli azarkeş toplaşıb. O, 1999-cu ildə peşəkar səviyyədə ilk rəsmi oyuna çıxdığı arenanın önündəki mərasimdə yenə maraqlı açıqlamaları ilə diqqət mərkəzinə düşüb: “Nyu Yorka gedəndə “Azadlıq heykəli” varsa, İsveçə gedənlər üçün də artıq “Zlatan heykəli” var”.


İsveçli sənətçi Peter Linde tərəfindən inşa olunan heykəl 2,7 metr hündürlüyündədi. Abidənin çəkisi isə yarım tondu. Linde onu 4 ilə ərsəyə gətirib.


Hazırda ABŞ-da “Los-Anceles Qalaksi”də forma geyinən İbrahimoviç karyerası ərzində “Barselona”, PSJ və “Mançester Yunayted” də daxil olmaqla bir sıra Avropa klublarında 400-dən çox qola imza atıb.

20 Oktyabr 2019
19 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB