TOP 10

“Milan” baş məşqçisini istefaya göndərdi - RƏSMİ

Dünya Futbolu
Tarix: 2019-10-08 23:30

İtaliyanın “Milan” klubunda gözlənilən baş məşqçi istefası rəsmiləşib. Sport24.az xəbər verir ki, A Seriyası təmsilçisi Marko Campaolonu istefaya göndərib.


Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Son 4 oyundan üçündə məğlub olan milanlılar uğursuzluqdan çıxış yolunu Campaolonu qovmaqda görüblər.


52 yaşlı mütəxəssis “Milan”a bu ilin iyun ayının 19-da baş məşqçi təyin olunmuşdu. Onunla 2+1 illik müqavilə imzalanmışdı.


“Milan” A Seriyasında 7 turdan sonra cəmi 9 xalla 20 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.


Campaolo 2004-cü ildən başladığı məşqçilik karyerası ərzində “Askoli”, “Kalyari”, “Siena”, “Kataniya”, “Çezena”, “Breşiya”, “Kremoneze”, “Empoli” və “Sampdoriya” klublarında da çalışıb.

20 Oktyabr 2019
19 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB