TOP 10

Millimizin futbolçusu Fransaya buraxılmadı - Azərbaycana geri göndəriləcək

Futbol
Tarix: 2019-10-08 23:01

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Tural Bayramlı Parisin Şarl De Qoll hava limanında sərhəd xidmətinin əməkdaşları tərəfindən Fransaya buraxılmayıb. Sport24.az xəbər verir ki, U-21-in heyətində Fransaya rəsmi matça yollanan Bayramlı sabah - oktyabrın 9-da AFFA-nın köməkliyi ilə Azərbaycana geri göndəriləcək. 

 

Futbolçunun Fransa ərazisinə buraxılmamasının səbəbi barədə müvafiq orqanlar məlumat verməyib. AFFA və Fransa Futbol Federasiyası tərəfindən bununla bağlı araşdırma aparılır.

 

Xatırladaq ki, hazırda "Keşlə"nin futbolçusu olan Tural ötən mövsüm Latviyada, "Dauqavpils" klubunda çıxış edib.

20 Oktyabr 2019
19 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB