TOP 10

"Qarabağ"ın Lüksemburqdakı qələbə şəkli həftənin fotosu oldu

Futbol
Tarix: 2019-10-08 21:50

"Qarabağ"lı futbolçuların Avropa Liqasının qrup mərhələsinin II turunda "Düdelanj"la səfər oyunundan (4:1) sonra Azərbaycan bayrağı ilə çəkdirdiyi şəkil ölkədə həftənin fotosu seçilib. Sport24.az klubun "Facebook" səhifəsinə istinadən xəbər verir, qələbə fotosu Azərbaycanda sosial şəbəkələrdə ötən həftə ən çox paylaşılan və reaksiya göstərilən olub.

 

Məlumdur ki, matçın 31-ci dəqiqəsində Ağdam klubunun ikinci qolundan sonra meydanın üzərində separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağı dronla havalandırılıb. Görüş bitdikdən sonra Ağdam klubunun futbolçuları Azərbaycan bayrağı ilə şəkil çəkdirib.

 

 

18 Noyabr 2019
17 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB