TOP 10

“Araz” artıq Belçikadadı

Futbol
Tarix: 2019-10-08 18:27

Futzal üzrə UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edəcək “Araz” klubu qrup oyunlarının keçiriləcəyi Belçikaya yollanıb. Sport24.az xəbər verir ki, Bakı-İstanbul-Brüssel reysi ilə Belçikanın paytaxtına çatan son çempion Halle şəhərinə qədər avtobusla təxminən 1 saatlıq yol qət edib. 
 

“Horizon” hotelində məskunlaşan təmsilçimizin bu gün oyunöncəsi məşqi yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 22:00) start götürəcək. 


Qeyd edək ki, “Araz” ilk oyununu sabah təşkilatçı ölkənin çempionuna qarşı keçirəcək. “De Bres Arena”da “Halle Gooik”lə matç saat 22:30-da başlayacaq.

CBCsport
14 Dekabr 2019
13 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB