TOP 10

Millimiz son oyunda qələbə qazandı

Futbol
Tarix: 2019-10-08 17:40

19 yaşadək qız futbolçulardan ibarət Azərbaycan yığması bu gün Avropa çempionatının seçmə mərhələsində son oyununu keçirib. Sport24.az xəbər verir ki, milli komanda Albaniya yığması ilə qarşılaşıb. 


“Cidade Desportiva do SC Braga” stadionunda keçirilən görüş Azərbaycan millisinin minimal hesablı qələbəsiylə başa çatıb. Oyunda yeganə qolu 72-ci dəqiqədə Dilara Soley Deli vurub.


Azərbaycan millisi turnir çərçivəsində keçirdiyi ilk iki oyunda Portuqaliya və Almaniya yığmalarına eyni – 0:6 hesabıyla uduzmuşdu.


AÇ-nin seçmə mərhələsi
8 oktyabr


Albaniya – Azərbaycan 0:1
Qol: 72, Dilarə.
Qırmızı vərəqə: Sona Rəhimova, 90+3 (Azərbaycan)
Baş hakim: Yoanna Allayiotou (Kipr)
Baş hakimin köməkçiləri: Dora Mriante (Kipr), Andreia Sousa (Portuqaliya)
Dördüncü hakim: Teresa Alis Pimenta Oliveira (Portuqaliya)

20 Oktyabr 2019
19 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB