TOP 10

“Qəbələ”dən Samir Abasov açıqlaması - RƏSMİ

Futbol
Tarix: 2019-10-08 17:20

Hazırda heç bir mütəxəssislə nə danışıq aparırıq, nə də kiminsə adı üzərində müzakirələr gedir”. Bunu Sport24.az-a açıqlamasında “Qəbələ”nin baş meneceri Zaur Əzizov bildirib.

 

Klub rəsmisi bu gün “Zirə”dən istefaya göndərilən Samir Abasovun “qırmızı-qaralar”ın “sükanı arxası”na keçəcəyinə dair yayılan şayiələri şərh edərkən bunları bildirdi: “Samir Abasovun istefaya göndərilməsindən xəbərim var. Ancaq nə bu mütəxəssis, nə də bir başqası ətrafında heç bir fikir mübadiləsi aparılmayıb”.

 

Qeyd edək ki, hazırda “Qəbələ”nin baş məşqçisi funksiyasını müvəqqəti olaraq Elmar Baxşıyev icra edir.

21 Noyabr 2019
20 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB