TOP 10

Premyer Liqamızda 3-cü istefa

Futbol
Tarix: 2019-10-08 15:56

Azərbaycan Premyer Liqasında cari mövsümdə 3-cü istefa reallaşıb. Sport24.az xəbər verir ki, bu gün "Zirə" klubunun rəhbərliyi və baş məşqçi Samir Abasov arasında görüş keçirilib. 

 

Belə ki, görüş zamanı komandanın cari mövsümdə göstərdiyi oyun və əldə olunan nəticələr müzakirə olunub. Müzakirələrin nəticəsində qarşılıqlı razılaşmaya əsasən klubla baş məşqçi arasında müqaviləyə xitam verilməsi qərara alınıb. “Zirə” ötən mövsümün əvvəlində baş məşqçi postuna gətirdiyi 41 yaşlı Abasova göstərdiyi xidmətlərə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.

 

Xatırladaq ki, bunadək "Qəbələ"də Sənan Qurbanov  "Sabah"da Elşad Əhmədovu baş məşqçi postundan istefası reallaşmışdı. 

CBCsport
08 Dekabr 2019
07 Dekabr 2019
06 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB