TOP 10

AFFA meydanı tərk edən komandalara texniki məğlubiyyət verdi

Futbol
Tarix: 2019-10-08 15:38

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Sport24.az xəbər verir ki, aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar çıxarılıb:


U-17 Liqasında “Sumqayıt” – “Kəpəz” matçının 85-ci dəqiqəsində “Kəpəz”in futbolçusu Orxan Rüstəmov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.


U-17 Liqasında “İsgəndər Cavadov BFA” – “Qarabağ” matçının 77-ci dəqiqəsində “İsgəndər Cavadov BFA” klubunun futbolçusu Əmrah İbadov hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalanıb.


U-16 Liqasında “Neftçi” – “Keşlə” matçının 68-ci dəqiqəsində “Keşlə”nin futbolçusu Nihat Şirinzadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 80-cı dəqiqəsində “Neftçi”nin futbolçusu Oruc Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.


U-15 Liqasında “Keşlə” – “Neftçi İK İB” matçının 74-cü dəqiqəsində “Neftçi” İK İB klubunun futbolçusu Yusif Nəsirov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.


U-15 Liqasında “Qəbələ” – “Sabah” matçının 30-cu dəqiqəsində “Qəbələ”nin futbolçusu Sənan Ağalarov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.


U-15 Liqasında “Səbail” – “Zirə” matçının 43-cü dəqiqəsində “Zirə”nin futbolçusu Ramiz Muradov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.


U-14 Liqasında UGİM (Ağdam) – UGİM (Beylaqan) matçının 65-ci dəqiqəsində UGİM (Beylaqan) klubu meydanı tərk etdiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.


U-14 Liqasında “Bahar Gİİ” (Beylaqan) – UGİM (Ağcabədi) matçında müvafiq olaraq komandaların baş məşqçiləri Xudaverdi Tumasov və Namiq Quliyevin bir-birilərinə təhqiramiz ifadələr işlətdiyinə görə hər iki məşqçi 3 oyun cəzalanıb.


U-13 Liqasında “Keşlə” – “Zirə” matçının 45-ci dəqiqəsində “Keşlə”nin baş məşqçisi Xəyyam Bəkirov hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 5 oyun cəzalanıb.


U-13 Liqasında EFA – “Fireland” matçının 47-ci dəqiqəsində EFA-nın baş məşqçisi Vüsal Mustafayev ikinci sarı vərəqə alaraq texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.


U-15 Liqasında “Qarabağ” – “İsgəndər Cavadov BFA” matçının 41-ci dəqiqəsində “İsgəndər Cavadov BFA” klubunun futbolçusu Səid Mustafazadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. “İsgəndər Cavadov BFA” klubunun baş məşqçisi Elşən Ələskərov hakimi təhqir etdiyinə görə 5 oyun cəzalanıb. “İsgəndər Cavadov BFA” klubu meydanı tərk etdiyinə görə kluba texniki məğlubiyyət verilib, hesab olduğu kimi (1:7) saxlanılıb.


U-13 Qızlar Liqasında “Zaqatala” – “Balakən” matçının ikinci hissəsində “Zaqatala” klubu meydanı tərk etdiyinə görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.


U-13 Qızlar Liqasında “Fidan” – “8 №-li RİOEUGİM” matçında “Fidan”ın məşqçisi Yavər Rəhimov rəqib komandanın futbolçusunu təhqir etdiyinə görə 3 oyun cəzalanıb.


U-16 Qızlar Liqasında “Amasiya” – “8 №-li RİOEUGİM” matçında “8 №-li RİOEUGİM” klubunun futbolçusu Milana Rəhimova ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.


Futzal üzrə Azərbaycan liqasının yüksək dəstəsində “Araz” – “Xızı” matçının 19-cu dəqiqəsində “Xızı” klubunun futbolçusu Aydın Qasımov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.


Futzal üzrə Azərbaycan liqasının I dəstəsində “Baku Fans” – “Veqa” matçı baş tutmadığına görə “Veqa” klubuna 0:5 texniki məğlubiyyət verilib.


Futzal üzrə Azərbaycan liqasının I dəstəsində “U-19” – “Standart” matçının 3-cü dəqiqəsində “Ulduz”un futbolçusu Babək Mirzəyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.


Futzal üzrə Azərbaycan liqasının I dəstəsində “Metropoliten” – “Star Karqo” matçının 18-ci dəqiqəsində “Metropoliten”in futbolçusu Rüfət Cəlilov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 22-ci dəqiqəsində “Star Karqo”nun futbolçusu Mahir Əliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.


Futzal üzrə Azərbaycan liqasının II dəstəsində “Star Karqo-2” – “Zülfüqar” matçının 26-cı dəqiqəsində “Zülfüqar”ın futbolçusu Elmir Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.


Futzal üzrə Azərbaycan liqasının II dəstəsində “Baker Tilly” – “Altay” matçının 30-cu dəqiqəsində “Baker Tilly” klubunun futbolçusu İlqar Əbdülov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

20 Oktyabr 2019
19 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB