TOP 10

Bəhreyn yığmasının qənimi: Millimiz üçün adət etmədiyi ay, Cavid Hüseynov üçün xüsusi rəqib

Futbol
Tarix: 2019-10-08 18:00

Azərbaycan milli komandası UEFA bayrağı altında keçirilən rəsmi turnirlərdə iştirak etdiyindən asiyalılarla yalnız yoldaşlıq görüşlərində qarşılaşır. Asiyaya səfərlər də bu məqsədlə olub. Ancaq bunların payızda - elə hazırkı oktyabr ayında nadir hallarda olub ki, bu da başadüşüləndi. Axı, bu ayda adətən seçmə mərhələnin qrup matçları olur. 

 

İndi də millimiz belə yarışın, konkret AVRO-2020-nin iştirakçısıdı. Sadəcə, qrupumuzda iştirakçı sayı tək olduğundan, hər dəfə bir yığma qoşa oyunlardan azaddı. Oktyabrdakı ilk görüşlərdə növbə Azərbaycan millisinin oldu və buna görə Macarıstan yığmasıyla görüşədək yoldaşlıq matçı təşkil olundu. Bəhreyn yığmasıyla həmin qarşılaşmanın məhz səfərə salınması da anlaşılan idi. Çünki macarlarla da onun meydanında qarşılaşacağıq.

 

Hər halda, millimizin 27 illik tarixində oktyabrda bunadək 2 yoldaşlıq görüşü olub. Maraqlıdı ki, sonuncusu də məhz Bəhreyn yığmasıyla səfər matçı idi. 2008-ci ilin oktyabrın 15-də onda da paytaxt Manamada, sadəcə, "Al Muharraq" stadionunda keçirilən həmin vaxt baş məşqçisi almaniyalı Berti Foqts olan millimizin əzmkar qələbəsiylə nəticələnib - 2:1.  Yığmamız 33-cü dəqiqədə rəqib futbolçu Amal Rəşidin vurduğu qolla hesabda geri düşürb Ancaq fasiləyə saniyələr qalarkən - 45+2-ci dəqiqədə Zeynal Zeynalovla hesabı bərabərləşdirə bilirik. Qələbə tipunu isə digər yarımmüdafiəçimiz - 65-ci dəqiqədə Elvin Məmmədov vurub.

 

Millimizin oktyabrda keçirdiyi ilk yoldaşlıq görüşü isə XX əsrə gedib çıxır. Azərbaycan 1996-cı ildə ilk rəsmi qələbəsini qazandığı - İsveçrə yığmasını 1:0 hesabıyla matçından sonra qrupda növbəti oyununu da evdə keçirirdi. Maraqlıdır ki, onda da rəqib macarlar idi. Bu matça hazırlıq çərçivəsində Kazbek Tuayevin baş məşqçisi olduğu yığmamız oktyabrın 7-də Oman yığmasıyla yoldaşlıq görüşü keçirir. Bu ölkənin paytaxtı Muskatdakı görüş rəqibin 2:0 hesablı qəlbəsiyə yekunlaşır. Bundan sonra Macarıstanla qarşılaşmada isə böyük hesabla - 0:3 uduzuruq və Tuayev istefaya göndərilir.

 

Onu da bildirək ki, Bəhreyn yığmasıyla Bakıda da qarşılaşmışıq və yenə Foqtsun vaxtında, yenə 15-də olub. Sadəcə, 2013-cü ilin avqustun 15-də. İsmət Qayıbov adına Bakıxanov qsəbə stadionundakı yoldaşlıq görüşü millimizin böyükhesablı qələbəsiylə nəticələnir - 3:0. İlk 2 qola milləşdirilən hücumçularımız - 35-ci dəqiqədə Branimir Subaşiç, 59-cu dəqiqədə türkiyəli Cihan Özkara imza atır. Matçda son nöqtəni isə 79-cu dəqiqədə Cavid Hüseynov qoyur. Yeri gəlmişkən, millidə qol hesabını məhz bəhreynlilərlə görüşdə açan bu təcrübəli yarımmüdafiəçi indi də millidədi. 

 

Xatırladaq ki, millimiz sabahkı yoldaşlıq görüşü Bəhreyn Milli Stadionnda Bakı vaxtilə saat 20:30-da başlayacaq. 

 

 

 

MEHMAN SÜLEYMANOV

CBCsport
07 Dekabr 2019
06 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB