TOP 10

AFFA Premyer Liqanın 4 klubunu cəzalandırdı

Futbol
Tarix: 2019-10-08 14:52

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Sport24.az xəbər verir ki, qurumda aşağıdakı qərarlar qəbul olunub: 

 

Premyer Liqanın VII turunun “Sumqayıt” – “Keşlə” matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.

 

Premyer Liqanın VII turunun “Neftçi” – “Səbail” matçında “Neftçi” və “Səbail” klublarının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 800 manat cərimə olunur.

 

Premyer Liqanın VII turunun “Qarabağ” – “Sabah” matçının 79-cu dəqiqəsində “Sabah” klubunun 4 №-li futbolçusu Bəhlul Mustafazadə sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

 

I divizionun VI  turunun “Qarabağ-2” – “Neftçi-2” matçında “Qarabağ-2” klubunun 4, “Neftçi-2” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunur.

 

I divizionun VI  turunun “Keşlə-2” – “Turan Tovuz” matçında “Keşlə-2” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
Oyunun 58-ci dəqiqəsində “Turan Tovuz” klubunun 2 №-li futbolçusu Sənan Qocayev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur.

 

Oyunun 83-cü dəqiqəsində “Turan Tovuz” klubunun 13 №-li futbolçusu Emin Bağırov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

 

I divizionun VI  turunun “Zaqatala” – “Qaradağ Lökbatan” matçının 90+2-ci dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 90 №-li futbolçusu Aqşin Eyyubov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur. “Qaradağ Lökbatan” klubun heyətində meydançaya daxil olan futbolçunun forma nömrəsi oyunun protokolunda göstəriləndən fərqli olduğuna görə klub 80 manat cərimə olunur.

20 Oktyabr 2019
19 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB