TOP 10

APOEL-in futbolçusu: "2-ci yerə layiq olduğumuzu düşünürəm, qrupdan çıxmasaq, məyus olarıq"

Futbol
Tarix: 2019-10-08 16:00

“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan APOEL-in futbolçusu Roman Bezyak açıqlama verib. Sport24.az xəbər verir ki, sloveniyalı hücumçu Avroliqanın qrup mərhələsindəki şanslarını dəyərləndirib: "Qarabağ"a evdə 1:2 hesabı ilə məğlub olduqdan sonra baş məşqçimizi əvəz etdik. Tomas Doll komandaya gələndən sonra mənim üçün hər şey bir gecədə dəyişdi. Bakıda 2:0 hesabı ilə qalib gəldik və “Ayaks”la iki əla oyun keçirdik – 0:0, 0:2. Əlbəttə, Hollandiya klubunu keçə bilmədik. Amma 5 oyunda 16 qol vuran rəqibdən cəmi iki top buraxdıq. Bu üzdən də, belə nəticəni uğur saya bilərik. Çempionlar Liqasında həqiqətən birinci dərəcəli futbolçular oynamalıdır. Bu səviyyədə deyilik və onagörə çox üzülmürük. Lakin Avropa Liqasında qrupdan çıxmasaq, məyus olarıq. Çünki ikinci yerə layiq olduğumuzu düşünürəm. Avropa Liqasında oynamaq isə bizim üçün mövcud reallıqdır. Qrupda ən azı ikinci olmağımız çox yaxşı olardı".

 

Xatırladaq ki, APOEL Avropa Liqasının A qrupunda “Sevilya”, “Qarabağ” və “Düdelanj”la mübarizə apararaq hər 2 matçında uduzub. Nikosiya təmsilçisi növbəti iki görüşünü Azərbaycan çempiinuyla keçirəcək. 

CBCsport
15 Dekabr 2019
14 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB