TOP 10

İtaliya millisində ciddi itki

Dünya Futbolu
Tarix: 2019-10-08 14:59

Futbol üzrə İtaliya milli komandası ciddi itki ilə üzləşib. Sport24.az xəbər verir ki, yığmanın üzvü Stefano Sensi zədələnib. Bu barədə İtaliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.


“İnter”də forma geyinən Sensi, A Seriyasının 7-ci turunun “Yuventus”la oyununda (1:2) sıradan çıxıb. 24 yaşlı yarımmüdafiəçinin zədəsi ciddi olduğundan İtaliya millisinin heyətindən çıxarılıb. 


İtaliya yığması AÇ-2020-nin seçmə mərhələsində oktyabrın 12-də Yunanıstan, 15-də isə Lixtenşteynlə qarşılaşacaq.

20 Oktyabr 2019
19 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB