TOP 10

Macarıstan millisinə 8 illik fasilədən sonra qayıdan hücumçu: "Azərbaycanla matçda qəti şəkildə büdrəmək olmaz"

Futbol
Tarix: 2019-10-08 14:20

Macarıstan yığmasının futbolçusu Robert Feçzesin 8 illik fasilədən sonra qayıdaraq AVRO-2020-nin seçmə mərhələsində Xorvatiya və Azərbaycanla oyunlar üçün çağırılıb. Sport24.az xəbər verir ki, "Uypeşt"in hücumçusu hər bir futbolçunun karyerası ərzində milliyə dəvət almaq üçün çalışdığını söyləyib: "Hər hansı bir təzyiq olmasa da, yığmaya qayıtdığım üçün həyəcanlıyam. Qarşıdakı iki görüş  bizim üçün çox vacibdir. Milliyə döndüyüm üçün həyəcanlıyam. Yenidən yığmaya çağırılmaq böyük şərəfdir”.



Feçzesin final mərhələsi çıxmaq şanslarını davam etdirmək istədiklərini bildirib: "Xüsusən də, Xorvatiya ilə görüş həlledici ola bilər. Bu rəqibi evdə məğlub etmişik və səfərdə də bunu etmək istəyirik. Bununla yanaşı, Azərbaycanla matçda da qəti şəkildə büdrəmək olmaz".

 

Xatırladaq ki, Macarıstan Xorvatiyanın oktyabrın 10-da qonağı olacaq, bundan 3 gün sonra evdə Azərbaycanla görüşəcək. 

20 Oktyabr 2019
19 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB