TOP 10

Roman Monçi: “Qarabağ” səfərindən qayıdanda hamı Lopetegi və komandası barədə danışırdı, amma 10 gün sonra..."

Futbol
Tarix: 2019-10-08 13:18

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Sevilya”nın idman direktoru Roman Monçi komandanın mövcud vəziyyəti barədə danışıb. Sport24.az xəbər verir ki, klub rəsmisi ötən ay olan Bakı səfərlərini də xatırlayıb: “Məsuliyyətimi gizlətmirəm, mövcud statistika məni qorumur. Qarşıda hələ aylar var. Xatırlayıram ki, “Qarabağ” səfərindən qayıdanda hamı Xulen Lopetegi və komandası barədə danışırdı. Amma 10 gün sonra... Küçədə deyilənlərlə yaşaya bilmərik. Tənqidlərə dözməyi öyrənmişəm”.  

 

Qeyd edək ki, “Qarabağ” – “Sevilya” matçı qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb. Həmin vaxt Primeroda vahid lider olan sevilyalılar Bakıdan qayıdandan sonra "Real" və "Barselona"ya uduzaraq 6-cı pilləyə düşüb. 

 
20 Oktyabr 2019
19 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB