TOP 10

Millimiz Bəhreynə yollandı - Yurçeviç Manamada media qarşısına çıxacaq

Futbol
Tarix: 2019-10-08 12:59

Oktyabrın 9-da Bəhreyn yığma komandası ilə səfərdə yoxlama görüşü kecirəcək millimiz səfərə çıxıb. Sport24.az xəbər verir ki, Nikola Yurçeviçin komandası ölkəni səhər saat 11-də çarter reysi ilə tərk edib. Yığmamız Asiya ölkəsində paytaxt Manamanın “İntercontinental” otelində məskunlaşacaq.

 

Millimiz qarşılaşmanın keçiriləcəyi Bəhreyn Milli Stadionunda bu axşam məşqə çıxacaq. Bu, matç saatında - Bakı vaxtilə saat 20:30-da olacaq. Bundan 30 dəqiqə əvvəl Yurçeviçin həmin arenada mətbuat konfransı olacaq.

 

Xatırladaq ki, Bəhreyn - Azərbaycan matçı “CBC Sport”da şərhçi Rüstəm Əfsərlinin şərhində canlı yayımlanacaq. Oyundan 1 gün sonra, oktyabrın 10-da millimiz Bəhreyndən Macarıstana yola düşəcək. Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində baş tutacaq Macarıstan - Azərbaycan qarşılaşması oktyabrın 13-də Budapeştdə baş tutacaq.

20 Oktyabr 2019
19 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB