TOP 10

Şeydayev üçün müvəqqəti baş məşqçi - RƏSMİ

Dünya Futbolu
Tarix: 2019-10-08 12:38

Rusiyanın “Dinamo” (Moskva) klubuna müvəqqəti baş məşqçi təyin olunub. Sport24.az paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin də formasını geyindiyi komandanı bundan sonra Kirill Novikov çalışdıracaq. Əvəzedici komandannın da çalışdırıcısı olan gənc mütəxəssis bu gündən hər iki işdə çalışacaq.


Qeyd edək ki, Novikov bu postda 3 gün öncə istefaya göndərilən Dmitri Xoxlovu əvəzləyib.


Moskva təmsilçisi hazırda yeni baş məşqçi axtarışlarını da davam etdirir. Yerli mətbuatın yazdığına görə, “Dinamo” son olaraq Türkiyə milli komandasını çalışdıran Mirça Luçeskunu baş məşqçi postuna gətirməyə hazırlaşır. Bunu rumıniyalı mütəxəssisin meneceri Arkadi Zaporjan da təsdiqləyib. O, “Dinamo” klubunun Luçeskunu istədiyini və görüşlərin olduğunu bildirib:


“Dinamo” Luçeskunu istədiyini dedi. Biz də klubla görüşlər keçirdik. Luçesku rus futbolundan qisas almaq istəyir, ancaq yaxşı mənada.


Luçeskunun “Dinamo” klubuna keçəcəyi ehtimalı ilə bağlı bir şey deyə bilmərəm. Ancaq təklif olsa, qəbul etməyə hazırdır. Yaş məsələsində narahat olmağa lüzum yoxdur. Buna “Lokomotiv”i çalışdıran Yuri Syomini misal göstərmək olar”.


74 yaşlı Luçesku, “İnter”, “Şaxtyor”, “Qalatasaray”, “Zenit” kimi klublarda da işləyib.

20 Oktyabr 2019
19 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB