TOP 10

Rossi millimizlə matçlarının Xorvatiya ilə görüşdən daha çətin keçəcəyini sayır: "Azərbaycanın son 2 oyunu xoş sözlərə layiqdi və ona mütləq qalib gəlməliyik"

Futbol
Tarix: 2019-10-08 11:16

“Həm Xorvatiyaya, həm də Azərbaycana qarşılaşmanı düşünürük. Nə qədər təəccüblü də olsa, istisna deyil ki, ikinci görüş birincidən ağır keçəcək. Qrupdan çıxmaq şansımızı saxlamaq üçün Azərbaycana qalib gəlməliyik”. Sport24.az xəbər ki, bunu Macarıstan yığmasının baş məşqçisi Marko Rossi Xorvatiya və Azərbaycan milliləri ilə keçirəcəkləri AVRO-2020-nin seçmə oyunları barədə danışarkın söyləyib.

 

55 yaşlı italiyalı mütəxəssis Azərbaycan millisinin son iki oyununu - səfərdə Uelsə 1:2 hesabı ilə uduzduğu, evdə isə Xorvatiya ilə 1:1-lik bərabərə qaldığı matçları xatırladıb: “Püşkatmadan dərhal sonra bəyan etmişdim ki, Azərbaycan millisini heç kim qiymətləndirməyə bilməz və bu yığma qrupda inamlı şəkildə duruş gətirəcək. Sentyabrdakı 2 oyunu xoş sözlərə layiqdir. Ona qalib gəlmək üçün ən yaxşı cəhətlərimizin lazım olacağına əminəm".

 

Rossi Xorvatiya və Azərbaycanla, daha sonra Uelslə görüşdə ən yaxşı nəticəni qazanmağa can atdıqlarını diqqətə çatdırıb: "Lakin bu 3 rəqibin hamısını udacağımızı söyləyəcək qədər dəli deyiləm. Hazırda Avropa çempionatına vəsiqə üçün mübarizə apardığımızdan danışmaq xoşdur. Unutmayaq ki, Macarıstan 4-cü səbətdən çıxıb”.

 

Baş məşqçi daha çox millimizlə matça kökləndiyini gizlətməyib: “Xorvatiyada meydana ağ bayraqla çıxmayacağıq. Hazırkı vəziyyətdə yalnız bunu təkrar edə bilərəm ki, Splitdə nə baş verəcəyindən asılı olmayaraq, Azərbaycanı məğlub etməliyik. Xorvatiya ilə Azərbaycanı məğlub edirik, Slovakiya – Uels və Uels – Xorvatiya qarşılaşmaları heç-heçə başa çatır? İnanılmaz səslənir. Bilirsiniz nə var: belə də olacaq. Slovakiyanı qabaqlamaq barədə düşünürəm. Bu, oktyabrda baş versə, məni bir ay əsəbdən qurtarar”.

 

Qeyd edək ki, oktyabrın 13-də Budapeştdəki “Groupama Arena”da keçiriləcək Macarıstan – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. 

20 Oktyabr 2019
19 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB