TOP 10

"Mançester Yunayted"in futbolçusu: "Azərbaycana gedəndə çətinlik çəkirsiniz"

Futbol
Tarix: 2019-10-08 12:00

Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsində rəqibi olan Uels millisinin futbolçusu Daniel Ceyms qarşıdakı matçlardan gözləntisini söyləyib. Sport24.az xəbər verir ki, Slovakiya və Xorvatiya ilə oyunların ağır olacağını hesab edən "Mançester Yunayted"in 22 yaşlı yarımmüdafiəçisi ölkəmizə gedəndə çətinlik çəkdiklərini bəyan edib: "Baş məşqçimiz hər şeyə qadir olduğumuzu deyir. Slovakiyada qələbəni əldə etsək, bu, irəliyə doğru atılmış böyük addım olar. Qrupda qalib gələcəyinizi gözlədiyiniz zaman hər hansı bir komandaya qarşı - Slovakiyaya, Azərbaycana - fərqli atmosferə, meydanlara və mədəniyyətlərə gedəndə, həqiqətən də, çətinlik çəkirsiniz".

 

 

 

CBCsport
23 Yanvar 2020
22 Yanvar 2020
B.eÇ.aÇC.aCŞB