TOP 10

“Tottenhem”in qapıçısı ili erkən başa vurdu

Dünya Futbolu
Tarix: 2019-10-08 09:14

İngiltərə Premyer Liqasının 8-ci turu çərçivəsində “Brayton”a 0:3 hesabı ilə məğlub olan “Tottenhem”in ciddi itki ilə üzləşdiyini xəbər vermişdik. Sport24.az xəbər verir ki, London klubunun qapıçısı Uqo Lyorisin həmin görüşdə qolu çıxmışdı. Oyunun 9-cu dəqiqəsində zədələnən futbolçu, meydanı erkən tərk etmişdi. 


Artıq fransalı qolkiper ətraflı həkim müayinəsindən keçib. Klubun rəsmi saytının yaydığı məlumata görə, 33 yaşlı futbolçu əməliyyat olunmayacaq. Amma o, ən azı 3 aydan sonra məşqlərə başlaya biləcək.


Bu il “Tottenhem”ə kömək edə bilməyəcəyi dəqiqləşən Lyoris, Fransa yığmasının AÇ-2020-nin seçmə mərhələsi çərçivəsindəki qalan dörd oyununda da forma geyinməyəcək.

13 Noyabr 2019
12 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB