TOP 10

Səlahət Ağayevin durumuna tam aydınlıq gəldi

Futbol
Tarix: 2019-10-07 16:15

Premyer Liqanın 7-ci turu çərçivəsində oktyabrın 5-i "Səbail” klubu ilə keçirilmiş oyunun (2:1) ilk hissəsində zədələnərək fasilədə əvəzlənən "Neftçi"nin qapıçısı Səlahət Ağayevin vəziyyətinə aydınlıq gəlib. Sport23.az xəbər verir ki, tibbi baxışın nəticələrinə görə, təcrübəli qapıçı pubalgiya (oturaq sümüyünün iltihabı xəstəliyi) diaqnozu ilə bir həftə müalicə olunacaq.

 

Səlahət millinin heyətindən artıq çıxarılaraq "Sumqayıt"dakı həmkarı Mehdi Cənnətovla əvəzlənib. 

 

Qeyd edək ki, Ağayev bu mövsüm 13 oyunun hamısında meydana çıxıb.

 

14 Oktyabr 2019
13 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB