TOP 10

“Qarabağ”dan Mahir Emreli açıqlaması

Futbol
Tarix: 2019-10-07 14:48

Dünən Premyer Liqanın 7-ci turu çərçivəsində “Sabah”la matçda zədələnərək oyunu erkən tərk edən “Qarabağ”ın futbolçusu Mahir Emreli bu gün tibbi müayinədən keçib. Sport24.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, futbolçunun ayaq bağlarında dartınma olduğu aşkarlanıb. Bu üzdən Emrelinin təxminən iki həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
 

Xatırladaq ki, bu səbəbdən Mahir Azərbaycan yığmasının heyətindən də çıxarılıb.

14 Oktyabr 2019
13 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB