TOP 10

"Qarabağ"la gələn 7/7

Futbol
Tarix: 2019-10-07 11:26

Azərbaycan Premyer Liqasının I dövrəsini lider kimi başa vuran “Qarabağ” 7 oyunda 7 qələbə qazanıb. Sport24.az xəbər verir ki,  1992-ci ildən keçirilən ölkə çempionatları tarixində 7-ci dəfə komandalardan biri ilk yeddi turda xal itirmir.

 

İndiyədək qeydə alınan 6 belə hadisəyə üç komanda imza atıb. “Neftçi” 4, “Şəfa” və “Xəzər Lənkəran” hərəyə 1 dəfə uğurlu startla fərqlənib. “Qarabağ” isə bunu bacaran 4-cü klub olub.


Sonuncu belə seriya 12 il əvvələ təsadüf edib. Həmin vaxt “Xəzər Lənkəran” çempionata ardıcıl 7 qələbə ilə başlayıb.

 

 

1992

Neftçi

7

7

0

0

20-2

14

1994/95

Neftçi

7

7

0

0

26-3

14

1996/97

Neftçi

7

7

0

0

30-2

21

2000/01

Neftçi

7

7

0

0

22-2

21

2003/04

Şəfa

7

7

0

0

22-2

21

2007/08

Xəzər Lənkəran

7

7

0

0

16-2

21

2019/20

Qarabağ

7

7

0

0

17-1

21

 

Startdakı ardıcıl qələbələr üzrə rekord “Neftçi”yə məxsusdur. Bakılılar 1992-ci ildə 12, 1994/95 mövsümündə 10  (qələbəyə görə 2 xal verildiyi çempionatlar), 1996/97 mövsümündə 9 qələbəni sıralayıb. “Şəfa”nın seriyası 8 oyun sürübsə, “Neftçi”nin son uğurlu startı və Lənkəran təmsilçisi 7 qələbə ilə kifayətlənib.

 
14 Oktyabr 2019
13 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB