TOP 10

Jezniçak "Qarabağ"ın düşərgəsində - FOTOLAR

Futbol
Tarix: 2019-10-07 09:26

"Qarabağ"ın polşalı sabiq legioneri Yakub Jezniçak Bakıya gəlib. Sport24.az xəbər verir ki, 33 yaşlə müdafiəçi keçmiş komandasının Premyer Liqanın VII turunda "Sabah"ı 2:0 hesabıyla məğlub etdiyi görüşünü Tofoq Bəhramov adına Respublika stadionunda izləyib, matçdan sonra komanda üzvləriyə görüşüb.

 

Yakib bir sıra futbolçularla şəkil çəkdirib ki, bunlardan biri qarşılaşmada ilk hissədə zədələnərək əvəzlənən millimizin hücumçusu Mahir Emreli olub.

 

Xatırladaq ki, ötən mövsüm bitəndən sonra "Qarabağ"ın başa çatan müqaviləsini uzatmadığı Jezniçak Vətəninə qayıdaraq Plotsk "Visla"sına keçib. O, Ağdam klubunda çıxış etdiyi 2 mövsümdə - 2017-19-cu illərdə ölkə çempionu, Çempionlar Liqasının qrup mərhələsinin iştirakçısı olub. 

 

14 Oktyabr 2019
13 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB