TOP 10

AFFA-dan rəsmi açıqlama: "Millimizin Şimali İrlandiya ilə oyununa 25 minə yaxın bilet satılacaq"

Futbol
Tarix: 0000-00-00 00:00

AFFA-nın baş katibi Elxan Məmmədov milli komandamızın 2018-ci il dünya çempionatının seçmə mərhələsində Şimali İrlandiya yığması ilə iyunun 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçda anşlaq gözləyir. Assosiasiyanın rəhbər şəxsi Sport24.az-a açıqlamasında bilet satışında hazırkı vəziyyətin belə deməyə əsas verdiyini bildirib: "Azarkeş dəstəyinə ehtiyacımız hədsizdi. Artıq 18 minə yaxın bilet satılıb. Düşünürəm ki, 25 minə yaxın bilet satılacaq".

Xatırladaq ki, saat 20:00-da başlayacaq matçın keçirəcəyi mərkəzi arenamız 31 200 tamaşaçı tutumuna malikdi. 

MEHMAN SÜLEYMANOV

14 Oktyabr 2019
13 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB