TOP 10

İlham Əliyevlə Mehriban Əliyeva Teymur Rəcəbovu təbrik ediblər

Şahmat
Tarix: 2019-10-05 12:56

Azərbaycanın Respublikasının prezidenti İlham Əliyevlə I vitse-prezidenti Mehriban Əliyeva Dünya Kubokunun qalibi olan şahmatçımız Teymur Rəcəbovu təbrik ediblər. Sport24.az xəbər verir ki, dövlət başçısı bu tarixi zəfər haqda fikirlərini bildirib:

 

Qrossmeyster Teymur Rəcəbova

Əziz Teymur,

Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən Dünya Kuboku uğrunda yarışlarda qələbə qazanmağın münasibətilə səni ürəkdən təbrik edirəm.

Sən yüksək ustalıq, əzmkarlıq və iradə nümayiş etdirərək qazandığın bu qələbə ilə Dünya Kubokunun sahibi olan ilk şahmatçımız kimi Azərbaycan idmanının tarixində şanlı səhifə açdın.

Sənə ən xoş arzularımı yetirir, yeni-yeni qələbələr diləyirəm.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 oktyabr 2019-cu il

 

 

Mehriban Əliyevanın təbiriki rəsmi "Facebook" səhifəsində yerləşdirilib: "Azərbaycan növbəti böyük uğura imza atıb! Gənc istedadımız Teymur Rəcəbov şahmat üzrə Dünya Kubokunda ölkəmizi layiqincə təmsil edərək parlaq qələbə qazanıb. Bütün Azərbaycan xalqının sevincinə səbəb olan bu möhtəşəm qələbə münasibətilə Teymuru səmimi-qəlbdən təbrik edirəm!".

 

Xatırladaq ki, 32 yaşlı Rəcəbov Dünya Kubokunda finala çıxmaqla İddiaçıların Turnirinda iştirak etmək hüququ əldə edib. 
 

06 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB