TOP 10

Diqqət! Dünya Kubokunun qalibi danışır: “Hansısa partiyada “qapını möhkəm çırpmağı” düşünürdüm, ancaq belə alındı ki, bütün turnirin “qapısını çırpdım”

Şahmat
Tarix: 2019-10-04 21:15

Şahmat üzrə Dünya Kubokunun qalibi olan Teymur Rəcəbov Xantı-Mansiyskdəki zəfərini şərh edib. Sport24.az xəbər verir ki, azərbaycanlı qrossmeyster olduqca təmkinli və özünəməxsus yumorla danışıb:
 

“Ümumilikdə pis çıxış etmədim. Qələbə yolum o qədər ağır alındı ki, partiyaların yarısını artıq unutmuşam, digər yarısı isə hələ də başımda fırlanır. Neçə partiya keçirmişəm? Artıq hesabı itirmişəm”.


Həlledici matçda çinli Dinq Lireni 6:4 məğlub edən həmyerlimiz son 10 ildə bir turnirdə bu qədər oynamadığını söyləyib: “Yəqin ki, son 10 ildə bu qədər oynamamışdım. Çox çətin idi - oyunlar üstəgəl hazırlıqlar. Üstəlik, debüt hazırlığı da mənim üstümdə idi”.


Rəcəbov məşqçi məsələsinə də aydınlıq gətirib: “Müasir dövrdə bunu məsafədə etmək çətin deyil. Son zamanlar hazırlaşdığım Vladimir Çuçelov Aniş Qirini çalışdırır. Elə bu səbəbdən də onu burda epizodik görürdüm (gülür), o da ki Qiri Xantı-Mansiyskdə olduğu müddətdə. Dünya Kubokunu birinci tərk edəcəyimi düşünürdüm, amma sonuncu gedirəm. Bütün dostlarım turniri tərk edib, özümü tənha hiss edirdim. Belə durumda məğlub olub, 3-cü yer uğrunda oynamaq üzücü olardı”.


Şahmatçımız alt-üst olan planlarından da bəhs edib: “Əksər qarşılaşmalarda düşünürdüm ki, matçın taleyini tay-brekə saxlamayım. Hesab edirdim ki, hər şeyi tez həll etmək lazımdı. Hətta tay-brek oynayıramsa da, məsələni tez çürütmək istəyirdim. Buna görə də aqressiv oynayırdım. İki halda bu, mənim məğlubiyyətimlə nəticələnə bilərdi”.


Rəcəbov ən uğurlu partiyaları haqda da söz açıb: “Maksim Vaşye-Laqravla yarımfinalda udduğum partiyanı qeyd edərdim. Finalda isə klassikada uduzduğum oyundan sonrakı görüşdə uğurlu oynadım. Elə bir vəziyyət idi ki, Dinq qələbə qoxusunu hiss edirdi, ancaq əsəbləri dözmədi. Normal turnir vəziyyətində yaranmış endşpildə tarazlığı qoruya bilərdi”.


Müsahibəsinin sonluğunu Teymur maraqlı formada tamamlayıb: “Ümumilikdə çıxışımı müsbət qiymətləndirirəm. Həmişəkindən yaxşı alındı (gülür). Fiziki hazırlıq keçməmişdim. Ancaq aqressiv oynayırdım. Hansısa partiyada “qapını möhkəm çırpmağı” düşünürdüm, ancaq belə alındı ki, bütün turnirin “qapısını çırpdım”.

14 Oktyabr 2019
13 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB