TOP 10

"Qarabağ" 570 min avro qazandı - ümumi qazanc 4,5 milyonu keçdi

Futbol
Tarix: 2019-10-04 20:00

Avropa Liqasının qrup mərhələsinin ikinci turunda Lüksemburqda "Düdelanj" klubu üzərində qələbə (4:1) "Qarabağ"a UEFA-dan 570 min avro mükafat qazandırıb. Sport24.az xəbər verir ki, bu qələbə qrupda qələbə üçün nəzərdə tutulub. Heç-heçə qeydə alınanda isə klublara 190 min avro ödənilir.

 

48 klub qrup mərhələsinə vəsiqə əldə etdiyi üçün hər biri 2,92 milyon avro mükafat qazanıb. Bu məbləği qrup və növbəti mərhələlərdə artırmaq mümkündür.

 

Qrup mərhələsini qalib tamamlayn qrupdakı nəticələrdən əlavə, büdcəsini daha 1 milyon avro ilə zənginləşdirir. Qrup ikincisi bu məbləğin yarısını qazanır. 1/16 finalda oynamağın mükafatı isə 500 min avrodur.

 

"Qarabağ" bu mövsüm daha öncə Çempionlar Liqasında 1,14 milyon, Avropa Liqasında isə 2,92 milyon avro mükafat qazanıb. Ümumilikdə Ağdam klubunun qazancı 4 milyon 630 min avro edir.

 

Avropa Liqasının mükafatları:

 

Qrup mərhələsi: 48 komandanın hər birinə 2,92 milyon avro

Qrupda qələbə: 570 min avro
Qrupda heç-heçə: 190 min avro
Qrupun qalibi: 1 milyon avro
Qrup ikincisi: 500 min avro
1/16 finala vəsiqə: 0,5 milyon avro
1/8 finala vəsiqə: 1,1 milyon avro
1/4 finala vəsiqə: 1,5 milyon avro
1/2 finala vəsiqə: 2,4 milyon avro
Finala vəsiqə: 4,5 milyon avro
Qalib: 4 milyon avro.

 

14 Oktyabr 2019
13 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB