TOP 10

"Qarabağ"a qarşı təxribat Spartakın işidi

Futbol
Tarix: 2019-10-04 11:50

Avropa Liqasının qrup mərhələsinin II turunda keçirilən “Düdelanj”- “Qarabağ” oyununda (1:4) təxribat törədən ermənilər müəyyənləşib. Sport24.az xəbər verir ki,  xoşagəlməz olay “Ultraqrup birinci erməni cəbhəsi” adlı qruplaşma tərəfindən törədilib.

 

Bu qruplaşma “Ultras” adlı "Facebook" səhifələrində hadisənin Spartak adı ilə tanınan başçıları tərəfindən törədildiyini açıqlayıb. Qruplaşma matçdan sonra da sakitləşməyərək “Jozi Bartel” stadionu ilə üzbəüz yerləşən qarajdakı avtomobillərin bəzilərinə ziyan vurub, oğurluq ediblər. Lüksemburq polisinin dəstənin axtarışında olduğu bildirilir.

.



Xatırladaq ki, matçın 31-ci dəqiqəsində separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağı dronla meydançanın üzərinə gətirildikdən sonra stadionda ara qarışıb və görüşdə uzun müddət fasilə yaranıb. Bu müddətdə Lüksemburqun idman naziri insidentə görə Lüksemburq hökuməti adından “Qarabağ” komandasından və azarkeşlərdən üzr istəyib.

 

CBCsport
13 Dekabr 2019
12 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB