TOP 10

Zaur Axundov: "Hədəfimiz qrupda 1-ci yeri tutaraq pley-offda iştirak etməkdi"

Futzal
Tarix: 2019-10-04 12:16

"Futzalımıza yüksəliş dövrü də oldu, eniş də. Və müəyyən bir dövrdən sonra islahatlar apardıq. Artıq gənclərə üstünlük veririk. Elə oyunçularımız var ki, 10-12 il əvvəl komandamızı, ölkəmizi müəyyən yarışlarda təmsil edib. Ancaq yaş dövrüna görə futbol həyatının qısa olduğunu da nəzərə almalıyıq. Buna baxmayaraq, elə futzalçılarımız var ki, yaşları 30-dan çox olsa da, üzərlərində çalışır, idman formalarını bacardıqları qədər saxlayırlar. Təbii ki, buna da baş məşqçi diqqət yetirir". Bu fikirləri Sport24.az-a açıqlamasında Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov deyib.

 

Futzal millimizi qarşıda məsul sınaq gözləyir. Belə ki, final mərhələsi 2020-ci ildə Litvada təşkil olunacaq futzal üzrə dünya çempionatının əsas mərhələsində Azərbaycan milli komandasının yer aldığı qrupda oyunlar paytaxtımızda - Bakı İdman Sarayında təşkil olunacaq. Belə ki, Joze Alesio da Silvanın yetirmələri oktyabrın 23-də Moldova, 24-də Monteneqro və 26-da Slovakiya ilə qarşılaşacaq. Axundov bu turnirdə hədəflərini açıqladı: "Bakıda keçiriləcək dünya çempionatının əsas mərhələ oyunları böyük turnirdi. Təbii ki, məqsədimiz qrupda 1-ci yeri tutaraq pley-offda iştirak etməkdi. Bu yarışa hazırlıq tam qaydasında gedir. Milliyə də AFFA tərəfindən bütün şərait yaradılıb - təlim-məşq toplanışları, yoldaşlıq görüşləri  təşkil olunur, beynəlxalq turnirlərdə iştirak edirik. Millimizə yeni gənc oyunçular dəvət olunur. Onlar da artıq əsas komandayla məşq edirlər və yaş dövrünə görə keçid zamanından maksumum istifadə etməliyik".

 

 

MEHMAN SÜLEYMANOV

CBCsport
07 Dekabr 2019
06 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB