TOP 10

Qurban Qurbanov erməni təxribatına cavab verdi: “Döyülə, məğlub ola, yıxıla bilərik, amma qaçmaq bizlik deyil”

Futbol
Tarix: 2019-10-04 02:03

Avrola Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində Lüksemburqda “Düdelanj”ı 4:1 məğlub edən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, təcrübəli mütəxəssis əvvəlcə  komandası rəqib qapısından 2-ci qolu keçirdikdən sonra yaşanan təxribat barədə fikirlərini bölüşüb.


- Əlbəttə, xoşagəlməz hadisə idi. “Qarabağ” olaraq, istənilən hadisəyə hazır olmalıyıq. Həmişə çalışmışıq ki, öz mədəniyyətimizi göstərək. Futbolçular da bilir ki, hansı komandanı təmsil edirlər. Həmin təxribatın bir adı var - qorxaqlıq. Özümə gəlincə, fəxr edirəm ki, azərbaycanlıyam, fəxr edirəm ki, "Qarabağ"ı çalışdırıram! Belə təxribatlara uymalı deyilik. Biz maksimum çalışdıq ki, öz peşəkarlığımızı göstərək. 


- Meydana qayıtmasaydınız, rəqibə texniki məğlubiyyət verilə bilərdi?
- Bildiyim qədəri ilə son qərarı baş hakim verir. Meydana qayıtmasaydıq, problemlə üzləşə bilərdik. Uşaqlar paltardəyişmə otağında pis olmuşdular. Onları oyuna kökləmək çətin oldu. Biz peşəkarıq, qorxaq deyilik, meydandan qaçmağı da bacarmarıq. Hesabda geri olsaydıq da, meydana çıxıb sonadək mübarizə aparacaqdıq. Belə hallar ola bilər.  Döyülə, məğlub ola, yıxıla bilərik, amma qaçmaq bizlik deyil. Futbolçulara təşəkkür edirəm ki, məni eşitdilər. Meydanda özlərini peşəkar apardılar. Gələcəkdə belə hadisələr yenə olacaq. Bunun özü ucuzluqdur. Biz burdan gözəl qələbə ilə dönürük.

20 Oktyabr 2019
19 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB