TOP 10

“Düdelanj” - “Qarabağ” oyununda təxribat - Oyun yarımçıq dayandırıldı - VİDEO

Futbol
Tarix: 2019-10-03 23:46

Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsi çərçivəsində Lüksemburq “Düdelanj”ına qarşı keçirdiyi səfər matçında qalmaqal yaşanıb. Sport24.az xəbər verir ki, qarşılaşmanın 30-cu dəqiqəsində Miçelin rəqib qapısından 2-ci qolu keçirməsindən sonra stadionun üzərində qondarma Dağlıq Qarabağ respublikasının bayrağı asılmış dron uçmağa başlayıb.

Bu isə Rəşad Sadıqov başda olmaqla Ağdam klubunun futbolçuları tərəfindən sərt etirazla qarşılanıb. Onlar hakimə etirazlarını bildiriblər. Qarşılaşmanın baş hakimi isə vəziyyətin ciddiliyini nəzərə alaraq futbolçuları paltardəyişmə otağına göndərib. Bu zaman azarkeşlərdən də meydana daxil olmağa çalışanlar olub. Nəticədə qarşılaşmada artıq 10 dəqiqədən çoxdu davam edən fasilə yaranıb. Oyunun davam etdirilib-etdirilməyəcəyi bilinmir.

 

20 Oktyabr 2019
19 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB