TOP 10

AzVİF-in baş katibi UCI-nın Konqresində iştirak edib

Digər
Tarix: 2019-10-03 20:15

Böyük Britaniyanın Yorkşir şəhərində Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 188-ci Konqresi keçirilib. Sport24.az xəbər verir ki, tədbirdə Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi, UCI-nın Asiya və Yaxın Şərq ölkələri üzrə texniki məsləhətçisi Fərhad Əliyev də iştirak edib.
 

Dünyanın ali velosiped qurumunun budəfəki Konqresi zamanı qarşıdakı 5 ildə Olimpiya və qeyri-Olimpiya növləri üzrə dünya çempionatlarını qəbul edəcək ölkələr təsdiqlənib, həmçinin Samoa və Maldiv Adaları Velosiped Federasiyaları Beynəlxalq Velosipedçilər İttifaqının üzvlüyünə qəbul edilib. Bununla da UCI-a üzv olan milli federasiyaların sayı 196-ya çatıb.

14 Oktyabr 2019
13 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB