TOP 10

Dünya Kubokunun qalibi tay-brekdə müəyyənləşəcək: Rəcəbov son partiyanı heç-heçə bitirdi

Şahmat
Tarix: 2019-10-03 16:14

Şahmat üzrə Rusiyanın Xantı-Mansiysk şəhərindəki Dünya Kubokunun final matçında klassik mübarizədə qalib müəyyənləşmədi. Sport24.az xəbər verir ki, azərbaycanlı qrossmeyster Teymur Rəcəbov Dinq Lirenlə keçirdiyi 4-cü partiyanı heç-heçə başa vurub. Tərəflər 31-ci gedişdə “sülh” bağlayıblar.

 

Əvvəlki 3 partiyadan yalnız birincisi xal bölgüsü ilə yadda qalmışdı. İkinci oyunda çinli şahmatçı, 3-cü partiyada isə Rəcəbov üstün olmuşdu. İndi Dünya Kubokunun qalibi müəyyənləşdirmək üçün tay-brek keçiriləcək. Bu partiyalar sabah oynanılacaq.

 

Qeyd edək ki, mükafat fondu 1,6 milyon dollar olan yarışda qalib 110 min dollar, finalçı isə 80 min dollar qazanacaq. Rəcəbovla Liren həlledici görüşə vəsiqə qazanmaqla İddiaçılar Turnirində iştirak hüququ da əldə ediblər.

 

CBCsport
14 Dekabr 2019
13 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB