TOP 10

Şamaxıda beynəlxalq güləş turniri keçiriləcək

Güləş
Tarix: 2019-10-03 11:51

Oktyabrın 5-6-da Şamaxıda Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Oleq Krapivinin şərəfinə sərbəst güləş üzrə VII Açıq Respublika turniri keçiriləcək. Sport24.az xəbər verir ki, Şamaxı Olimpiya İdman Kompleksində təşkil olunacaq ənənəvi yarışda 2003-04-cü il təvəllüdlü yeniyetmə pəhləvanlar mübarizə aparacaq. 
 

Bütün bölgələrdən və idman cəmiyyətlərindən güləşçilərin qatılacağı turnirdə Rusiya, Gürcüstan, İran, Qazaxıstan, Ukrayna və Qırğızıstandan olan komandalar da iştirak edəcək. Böyük marağın olduğu yarışda 300-dən artıq yeniyetmə pəhləvan çıxış edəcək.

14 Oktyabr 2019
13 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB