TOP 10

Rəcəbov finalda ilk qələbəsini qazandı - Dünya Kubokunun qalibi sabah bilinməsə...

Şahmat
Tarix: 2019-10-02 17:36

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rusiyanın Xantı-Mansiysk şəhərindəki Dünya Kubokunun finalınad 3-cü qarşılaşmasını keçirib. Sport24.az xəbər verir ki, 32 yaşlı qrossmeyster çinli rəqibi Dinq Lirenlə bu dəfə ağ fiqurlarla qarşılaşıb.

 

Görüş 46-cı gedişdə Rəcəbovun qələbəsi ilə bitib. Bu nəticədən sonra Azərbaycan təmsilçisi ümumi hesabı bərabərləşdirə bilib - 1.5:1.5. Finalçılar oktyabrın 3-də sonuncu görüşü keçirəcəklər. Həmin partiyada qalib müəyyənləşməsə, oktyabrın 4-də "tay-breyk" olacaq.

 

Qeyd edək ki, mükafat fondu 1,6 milyon dollar olan yarışda qalib 110 min dollar, finalçı isə 80 min dollar qazanacaq. Rəcəbovla Liren həlledici görüşə vəsiqə qazanmaqla İddiaçılar Turnirində iştirak hüququ da əldə ediblər.

14 Oktyabr 2019
13 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB