TOP 10

İmran Yusifovdan qızıl, Aslan Mirzəyevdən bürünc medal

Cüdo
Tarix: 2019-09-29 20:56

Lüksemburqda keçirilən cüdo üzrə Avropa açıq kuboku yarışı başa çatıb. Sport24.az xəbər verir ki, beynəlxalq turnirin son günündə Azərbaycan cüdoçuları daha iki medal qazanıblar.


Kişilər arasında +100 kq çəki dərəcəsində mübarizə aparan İmran Yusifov bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb. 


Daha bir təmsilçimiz Aslan Mirzəyev (-100 kq) Avropa kubokunun bürünc medalına sahib olub. 


Beləliklə milli komandamızın üzvləri Lüksemburq yarışında 4 medal (1 qızıl, 3 bürünc) qazanıblar. Turnurin ilk günü Aleksandra-Larisa Florian (-57 kq) və Rəşad Yelkiyev (-60 kq) 3-cü yeri tutub. 


Qeyd edək ki, Lüksemburq turnirində 47 ölkədən 358 cüdoçu yarışıb.

14 Oktyabr 2019
13 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB