TOP 10

Azərbaycan cüdoçularından Lüksemburqda 2 medal

Cüdo
Tarix: 2019-09-29 11:47

Lüksemburqda cüdo üzrə Avropa açıq kuboku yarışına start verilib. Sport24.az xəbər verir ki, beynəlxalq turnirin ilk günü Azərbaycan cüdoçuları iki bürünc medal qazanıblar. 
 

Qadınlar arasında 57 kq çəki dərəcəsində mübarizə aparan millimizin rumın legioneri Aleksandra-Larisa Florian yalnız bir görüşdə, turnirin fransalı çempionu Prişila Gnetoya uduzaraq 3-cü yeri tutub. 


Kişilərin yarışında isə Rəşad Yelkiyev (60 kq) Avropa kubokunun bürünc medalına layiq görülüb. 


Qeyd edək ki, Lüksemburq turnirində 47 ölkədən 358 cüdoçu yarışır.

14 Oktyabr 2019
13 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB