TOP 10

Rəcəbov Dünya Kubokunun finalında: İddiaçılar Turniri və 80 min dollar cibində!

Şahmat
Tarix: 2019-09-27 18:00

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən Dünya Kubokunun finalındadı! Sport24.az xəbər verir ki, həmyerlimiz yarımfinalda fransalı Maksim Vaşye-Laqravı sıradan çıxarıb.

 

İlk partiyanı dünən qaralarla keçirən və heç-heçəyə razılaşan Rəcəbov, bugünkü görüşün 45-ci gedişində fransalını kapitulyasiya imzalamağa məcbur edib. Bununla da reqlamentə əsasən, Rəcəbov finaldakı matçın nəticəsindən asılı olmayaraq, İddiaçıların Turnirinə vəsiqə qazanıb.

 

Teymurun finaldakı rəqibi hələ məlum deyil. Çünki digər yarımfinalda üz-üzə gələn çinli şahmatçılar - Yu Yanq Li ilə Dinq Lijen arasındakı hər iki partiya heç-heçə nəticələnib. Sabah onlar finalçını müəyyən etmək üçün tay-brekdə qarşılaşacaqlar.

 

Rəcəbovun finala yüksəlməsi, ən azı 80 min dollar qazanmasını təmin edib. O, Dünya Kubokunun qalibi adını qazanarsa, 110 min dollara sahib olacaq.

14 Oktyabr 2019
13 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB