TOP 10

Yığmalarımız Dünya Kubokuna vəsiqə qazanıb

Güləş
Tarix: 2019-09-25 16:35

Sentyabrın 14-dən 22-dək Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilmiş güləş üzrə Olimpiadaya lisenziya xarakterli dünya çempionatında təmsilçilərimiz 6 medal qazanıb. Sport24.az xəbər erir ki, Yunan-Roma güləşində Rafiq Hüseynov (82 kq) gümüş, Eldəniz Əzizli (55 kq) bürünc, qadın güləşində Mariya Stadnik (50 kq) qızıl, Elis Manolova (65 kq) bürünc, sərbəst güləşdə isə Cəbrayıl Həsənov (79 kq) və Şərif Şərifov (97 kq) gümüş medal qazanıb. Ümumilikdə 1 qızıl, 3 gümüş, 2 bürünc medal əldən edən ölkəmiz medalların əyarına görə 5-ci yeri tutub. Olimpiadaya iki çəkidə - qadın güləşində 50 kq-da, sərbəst güləşdə isə 97 kq-da lisenziya əldə edilib.
 

Qeyd edək ki, qadın güləşi komandamız 48 xalla komanda hesabında 8-ci yeri tutub. Bu isə noyabrda Yaponiyada keçiriləcək Dünya Kubokunda iştirak hüququ verib. 50 xalla 7-ci pillədə qərarlaşan sərbəst güləş üzrə millimiz də analoji yarışa vəsiqə qazanıb. Güləşin bu növü üzrə Dünya Kuboku gələn ilin oktyabrında keçiriləcək. Ancaq təşkilatçı ölkə hələ müəyyənləşməyib.

14 Oktyabr 2019
13 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB