TOP 10

Zoqoviç Beqoviçin ona "Zirə"nin stadionuna verdiyi qiyməti açıqladı: "Səbəbini bilmirəm ki, oynadığım matçlarda niyə uduzuruq"

Futbol
Tarix: 2019-09-23 23:00

"Zirə"nin qapıçısı Boyan Zoqoviç Premyer Liqanın V turunda evdə "Qarabağ"a uduzduqları (1:3) matçdan sonra sonra brifinq keçirib. Sport24.az-ın əməkdaşının da suallarını cavablandıran 30 yaşlı monteneqrolu qolkiper öncə oyun barədə danışıb.

 

- Nəticə “Zirə” adına yaxşı olmadı. Rəqibimiz Avropa Liqasında mübarizə aparan komanda idi. Hesab isə pis idi. Artıq qarşıdakı görüşlərə baxmalıyıq. Çünki “Keşlə” və “Qəbələ” ilə gərgin oyunlar bizi gözləyir.

 

- Fasilədən sonra göstərdiyiniz oyunu niyə ilk hissədə sərgiləyə bilmədiniz?
- Nəzərəçarpacaq amil idi. Üç qolu demək olar, heç nədən buraxdıq. Növbəti günlərdə oyunu analiz edib, məşqçilərimizlə səhvlərin üzərində işləyəcəyik.

 

- Bu gün “Zirə” “Qarabağ”ın adından çəkindi?
- Xeyr. Əlbəttə, qorxu deyildi. Futbolda hər iki komandada 11 futbolçu olur. Öz oyunumuzu göstərməyə çalışdıq. Təbii ki, rəqib “Qarabağ” idi. Növbəti oyunlarda uda biləcəyimizə ümid edirəm.

 

- “Qarabağ” maksimum göstərici ilə liderdir. Digər komandaların 2-ci yer uğrunda mübarizə aparacağını düşünmək olar?
- “Qarabağ” həqiqətən də Azərbaycanın ən güclüsüdür. Bəlkə də digər yeddi klubun səviyyəsi müəyyən qədər bir-birinə yaxındı. “Qarabağ” isə digər səviyyədə olan klubdu. Öz oyun tərzimiz var. “Sabah” və “Neftçi”yə qarşı layiqli mübarizə aparmışdıq. Növbəti matçlarda da eynisini göstərməyə çalışacağıq.

 

- Bu mövsüm meydanda olduğun hər iki oyunda “Zirə” uduzub.
- (gülür) Elədi. Səbəbini bilmirəm ki, nədən irəli gəlir. Bu barədə nə deyəcəyimi bilmirəm.


- “Qarabağ”ın son transferi olan tanınmış həmkarın Asmir Beqoviç barədə nə söyləyə bilərsən?
- Münasibətim olan qapıçılardan biridi. İngiltərə Premyer Liqasında çıxış etmiş qolkiperdir. Olduqca təcrübəlidir. Yəqin ki, Asmirlə sabah oyunla bağlı fikirlərimizi bölüşərik. İlk dəfədir ki, Azərbaycandadır. Mənə dedi ki, “Zirə”nin stadionun ot örtüyü çox yaxşı və ürəyəyatandı.

 

 

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB