TOP 10

Qeye "Qarabağ"da çıxışından razı deyil: "İmkan olduqca qrupda da qol vuracam"

Futbol
Tarix: 2019-09-23 22:49

"Əsas odur ki, qalib gəldik. Bütün matçlar kimi bu da çətin oldu. Əlimizdən gələni edik və qələbə qazandıq". Sport24.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın futbolçusu Maqaye Qeye Premyer Liqanın V turunda səfərdə "Zirə"ni məğlub etdikləri (3:1) oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

 

Sport24.az-ən əməkdaşının da iştirak etdiyi brifinqdə sualları cavablayan 29 yaşlı hücumçunun fikrincə, oyun ərzində hər hansı fürsəti qazanırsansa, ondan istifadə etməlisən: "Biz də ilk hissədə bundan yararlandıq. Beş turdu maksimum nəcitə qazanmışıq və burada pis heç nə yoxdur. Baş məşqçinin istəyi də odur ki, hər görüşə qələbə üçün çıxaq. Biz də onun dedikləri meydanda həyata keçiririk. Hər oyun fərqli olur. Çıxırıq meydana və qələbə qazanırıq, bir sözlə, baş məşqçinin dediyini həyata keçiririk".

 

Fransalı forvard Avropa Liqasının qrup mərhələsinin l turunda evdə "Sevilya"ya məğlubiyyəti unutduqlarına sözlərinə əlavə edib: "Bu futboldur, həm qələbə qazanırsan, həm də uduzursan. Keçmişlə yaşamaq olmaz. Növbəti oyunlara köllənmək lazımdır".

 

Debüt mövsümünü keçirdiyi Premyer Liqamızda 3-cü qolunu vuran legioner Avropa Liqasında da fərqlənmək istədiyini söyləyib: "Qol vurmaq istəyirəm. Mən hücumçuyam, hücumçular isə qolla yaşayır. Ona görə də, imkan olduqca qrupda da qol vuracağam. Hər şeydən öncə komandanın qələbə qazanmasıdır. Çıxışımdan tam razı deyiləm. Hələ də artıra bilərəm. Əlimdən gələni edirəm".

 

 

 

MEHMAN SÜLEYMANOV

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB