TOP 10

Kseniya Levkovskaya Avropa Kubokunda 6-cı oldu

Digər
Tarix: 2019-09-23 19:40

Triatlon üzrə Azərbaycanın yığmasının üzvü Kseniya Levkovskaya Rumıyanın Konstansa şəhərində keçirilən Avropa Kubokunda 6-cı yeri tutub. Sport24.az xəbər verir ki, idmançımız 750 metrlik su məsafəsini 12 dəqiqə 53 saniyəyə başa vurub. 
 

Ardınca 20 kilometrlik velodistansiyanı 34 dəqiqə 14 saniyəyə qət edib. Nəhayət, yarışların sonuncu mərhələsi - 5 kilometrlik qaçış zolağını Kseniya 18 dəqiqə 42 saniyəlik nəticə ilə başa vurub. 


Ümumi hesabda Levkovskaya 1 saat 6 dəqiqə 52 saniyəlik göstərici ilə 6-cı yerdə qərarlaşıb.

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB