TOP 10

Millimizin baş məşqçisi: “Bu gün çox yaxşı oynadıq”

Futzal
Tarix: 2019-09-23 19:20

Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva Rusiyanın Həştərxan şəhərində təşkil olunan “Caspian Cup-2019” turnirində İranla keçirilmiş oyundan sonra fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, braziliyalı mütəxəssis 2:2 hesabıyla bitən matçı belə şərh edib:


“Bu gün çox yaxşı oynadıq. Rəqibimiz son dünya çempionatının bürünc mükafatçıdı, reytinq sıralamasında isə üst pillələrdə qırarlaşıblar. İlk oyunda ikinci hissəni yaxşı oynamışdıqsa, bu dəfə hər iki hissədəki çıxışımızdan razı qaldım. Narahat edən məqam yaratdığımız imkanları realizə edə bilməməyimizdi. 10 metrlik zərbəni vura bilmədik, əks-hücumlarda rəqibi azlıqda yaxalasaq da, üstünlüyümüzü qol çevirə bilmədik. Buna çox diqqət etməliyik. Rəqib son saniyələrdə qələbə topunu vuramağa yaxın oldu. Hələ görüləcək işlərimiz var”.

CBCsport
07 Dekabr 2019
06 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB