TOP 10

“Fan Zona”ların “Kreativ seminar”ı

Futbol
Tarix: 2019-09-23 17:20

Rumıniyanın paytaxtı Buxarest şəhərində AÇ-2020-nin oyunlarına ev sahibliyi edəcək 12 şəhərin “Fan Zona”larının “Kreativ seminar”ı təşkil olunub. Sport24.az xəbər verir ki, AÇ-2020-nin Bakı “Fan Zona”sı üzrə menecer Nigar Qasımova və Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Rüfət Bağırov tədbirdə iştirak edib.

 

Seminarda 12 ev sahibi şəhərin “Fan Zona” üzrə planları təqdim olunub, “Ev sahibi şəhərlər arasında körpüləri necə qurmaq olar?” mövzusunda müzakirələr aparılıb və Buxarest şəhərinin “Fan Zona”sının məkanı iMapp tədbirində ictimaiyyətə elan olunub.

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB